NATO Baş katibi ABŞ-a səfər edəcək
15 Sentyabr 2023 21:34 DünyaNATO Baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Stoltenberq sentyabrın 18-dən sentyabrın 21-dək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olacaq.
Sentyabrın 19-da NATO Baş katibi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci Sessiyasının açılışında iştirak edəcək. Onun yüksək səviyyəli rəsmilərlə də görüşləri olacaq
Sentyabrın 21-də isə Baş katib Xarici Əlaqələr Şurasında müzakirələrdə iştirak edəcək.
O, həmçinin ABŞ-ın dövlət katibi Entoni Blinkenin ev sahibliyi edəcəyi Transatlantik şam yeməyində iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31