ABŞ səfiri Qerşkoviçə baş çəkib - ÖZƏL

ABŞ səfiri Lin Treysi Moskvadakı Lefortovo təcridxanasında casusluqda ittiham olunan Wall Street Journal jurnalının jurnalisti Evan Qerşkoviçə baş çəkib.

Olaylar.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

"Səfir Treysi bu gün Lefortovoda haqsız yerə həbs edilmiş Wall Street Jornal jurnalının jurnalisti Evan Qerşkoviçə baş çəkdi", - dərc olunan mətndə deyilir.

Sentyabrın 15-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya tərəfi ABŞ-ın Wall Street Journal qəzetinin jurnalisti Evan Qerşkoviçə baş çəkmək xahişini təmin edib.

Amerika nəşrinin jurnalisti martın sonunda Rusiyada həbs edilib, günahı sübuta yetirilərsə, onu Rusiya Cinayət Məcəlləsinin casusluq maddəsi ilə 20 ilədək həbs cəzası gözləyir. Gerşkoviçin vəkilləri həbs müddətinin 3 ay uzadılması qərarından şikayət verib.

Bundan əvvəl ABŞ-da iki məhbus diş fırçası ilə həbsxanadan qaçıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31