Priqojin ilin ən nüfuzlu yəhudiləri siyahısına daxil edilib - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrailin "The Jerusalem Post" qəzeti "Dünyanın ən nüfuzlu 50 yəhudisi"nin illik siyahısını dərc edib.
İlk 50-likdə birinci yeri Amerikanın OpenAI şirkətinin rəhbəri Sam Altman tutub və "Postscript" qeyd olunan əsas siyahıdan sonra Wagner PMC-nin təsisçisi Yevgeni Priqojin qeyd olunub.

"The Jerusalem Post" rusiyalı sahibkarla bağlı bioqrafik qeyddə onun restoran biznesindəki fəaliyyətini, həmçinin 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün yaradılan "trol fabriki"nin işini xatırladıb.  

Dünyanın ən nüfuzlu yəhudiləri reytinqində ikinci yeri İsrailin baş naziri Benyamin Netanyahu , üçüncü yeri isə ABŞ dövlət katibi Antoni Blinken tutub . Eyni zamanda, 2022-ci ildə reytinqdə birinci yerdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilk 50-liyə daxil olmayıb .

Avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında şəxsi Embraer Legacy təyyarəsi qəzaya uğrayıb . O , Moskvadan Sankt -Peterburqa uçurdu .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31