Kılıçdaroğlunu o əvəz edəcək

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə yeni namizəd irəli sürülüb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, Prof. Dr. Örsan Öymen namizdəliyini irəli sürüb.

"CHP öz prinsiplərindən uzaqlaşıb. Siyasi partiyanın üzvü partiyanın qurultay tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə əməl etməyə borcludur. CHP-nin təməl prinsipləri bəllidir və qorunmalıdır. Hazırda partiyanın nəyi təmsil etdiyi bəlli deyil", - deyə Örsan Öymen bildirib.

Qeyd edək ki, daha öncə CHP sədrliyinə Özgür Özel namizəd olacağını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31