Fransa münaqişənin bitməsinə maneə olan əsas qüvvələrdəndir ÖZƏL

"Fransa  Azərbaycana təsir etmək, aktiv iştirakçı mövqeyi əldə etməklə münaqişənin bitməsinə maneə olan əsas qüvvələrdəndi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Yalçın Hacızadə deyib ki, Paris regionda qalmaq, Rusiyanın zəifləyən mövqelərini tutmağa çalışır: "Türkiyəfob və islamafob siyasət aparan Fransa Zəngəzur dəhlizin açılmasının türk dünyasının inkişafı, Türkiyənin regiona daha çox təsir etmək imkanları əldə edəcəyini hesab etdiyi üçün qarşı çıxır". Politoloq onu da deyib ki, Paris Azərbaycan - Ermənistan münaqişəsinə daha çox dövlət yox, hökümət maraqları konteksindən yanaşır:
"Hakimiyyətdəkilər erməni lobbisinə gəlir mənbəyi kimi yanaşır. Yoxsa böyük iqtisadi imkanlara, coğrafi mövqeyə, neft-qaz, təbii ehtiyatlara malik Azərbaycanla normal əlaqələr qurmaq, əməkdaşlıq etmək varkən, dalanda yerləşən Ermənistan nələrinə lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31