Rusların arxa cəbhəsinə zərbə ENDİRİLDİ

Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının arxa cəbhəsinə zərbələr endirib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

"Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 10 zərbə endirib", - məlumatda vurğulanıb.

Bundan əlavə, Ukrayna raket qüvvələrinin bölmələri rus ordusunun bir idarəetmə məntəqəsini, iki zenit-raket kompleksini, 5 artilleriya silahını və düşmənin bir döyüş sursatı anbarını vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31