Putin TŞ iclasında Kim Çen Inla apardığı danışıqlar barədə danışıb

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Şimali Koreya lideri Kim Çen Inla apardığı danışıqların nəticələri barədə danışıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Rusiya-Şimali Koreya təmaslarının son dərəcə konstruktiv olduğunu deyən Kreml nümayəndəsi, Rusiyanın həm Şimali Koreya, həm də digər qonşuları ilə qarşılıqlı hörmətə əsaslanmış səmərəli mehriban dostluq münasibətləri qurmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib.

Səfər çərçivəsində iki ölkə lideri Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31