“Bizim nüvə silahımız yoxdur və nə vaxtsa olacağını bilmirəm" - ÖZƏL
14 Sentyabr 2023 20:22 DünyaPolşa prezidenti Anjey Duda ölkədə nüvə silahının yerləşdirilməsi perspektivlərindən danışıb. Onun sözlərinə görə, hazırda hadisələrin belə inkişafını "heç nə proqnozlaşdırmır".
Olaylar.az xəbər verir ki, Dudanın Krinitsa-Zdroj şəhərində keçirilən iqtisadi forumda dediyi sözləri TASS sitat gətirir.
"Bizim nüvə silahımız yoxdur. Və nə vaxtsa olacağını bilmirəm. Hələlik heç nə bunu qabaqcadan göstərmir", - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, Varşavada bu tip silahların olmadığı bir şəraitdə NATO yeganə təhlükəsizlik zəmanətini təmsil edir. Duda ümid etdiyini bildirib ki, "nüvə silahı olan qonşu" tərəfindən təhlükə yaranarsa, Şimali Atlantika Alyansı bütün lazımi tədbirləri görəcək.
Bundan əvvəl Polşanın baş naziri Mateusz Morawiecki bəyan etmişdi ki, Varşava NATO-nun nüvə silahlarından birgə istifadə proqramında (Nuclear Sharing) iştirak etmək istəyir.
Bu proqram zərurət yaranarsa, ABŞ-a öz nüvə silahlarını NATO ölkələrinin hava qüvvələrinə ötürməyə imkan verir.
Moravetskinin qeyd etdiyi kimi, Varşava Polşa dövlətinin təhlükəsizliyini gücləndirmək üçün hər şeyi edir.
Daha əvvəl Federasiya Şurası Polşanın ABŞ-ın nüvə silahına nə üçün ehtiyacı olduğunu izah edib.