Finlandiyada quduzluğa qarşı vaksin Rusiya ilə sərhədə səpələnir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Finlandiya vəhşi heyvanları quduzluğa qarşı peyvənd etməyə başlayıb. 

Məlumata görə, yeməli peyvəndi olan briketlər İlomantsi bölgəsindəki Rusiya-Finlandiya sərhədinin Kareliya hissəsi yaxınlığında, eləcə də ölkənin cənub sahillərində təyyarədən atılır.

Finlandiya Qida Təhlükəsizliyi Agentliyinin bildirdiyinə görə, bu cür peyvənd ölkədə quduzluğun yayılmasının qarşısını alacaq. Finlandiyada bu xəstəlik 1991-ci ildən bəri qeydə alınmayıb.

Bundan əvvəl Qazaxıstanla sərhəddə yerləşən Uysko-Çebarkulskaya kəndində quduzluq xəstəliyinə tutulmuş pişiyin qıza hücum etdiyi bildirilirdi. Hadisə şəxsi fermalardan birində baş verib, ev pişiyi kiçik qıza hücum edib. Qız xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31