Böyük Britaniya Qara dənizdə Rusiyaya nəzarət edəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniya kəşfiyyat məlumatlarından istifadə etməklə Rusiyanın Qara dənizdəki fəaliyyətini izləyəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi tərəfindən dərc edilmiş sənəddə deyilir. 

"Rusiyanın Qara dənizdəki fəaliyyətini izləmək üçün kəşfiyyatımızdan və müşahidə mizdən istifadə edəcəyik", - deyə məlumatda bildirilir.

Bundan əlavə, qeyd edilir ki, Britaniya Rusiyaya Qara dənizdə mülki gəmiçilik və ya infrastruktura hücum hazırladıqlarına dair xəbərdarlıq işarələrini göstərəcək, habelə bu cür hücumlara görə məsuliyyət daşıyanları müəyyən edəcək. 

Bir gün əvvəl Sunak telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenskiyə "İyirmilik Qrupunun (G20) taxıl blokadasından yan keçmək səylərini" fəal dəstəkləyəcəyini vəd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31