ABŞ-da fövqəladə vəziyyət seçkilərə müdaxilə təhlükəsi səbəbindən uzadılıb - ÖZƏL

ABŞ prezidenti Co Bayden milli fövqəladə vəziyyətin daha bir il uzadılmasına qərar verib.

Hakimiyyət hələ 2018-ci ilin sentyabrında ölkədə xüsusi rejim tətbiq edib. Müvafiq sənəddə səbəbin Amerika seçkilərinə mümkün xarici müdaxilə şəklində "milli təhlükəsizliyə qeyri-adi və fövqəladə təhlükə" olduğu bildirilir.

"Mən ABŞ seçkilərinə xarici müdaxilə təhlükəsi və ya ictimai etimadın aşınması ilə bağlı 13848 saylı İcra Sərəncamı ilə elan edilmiş milli fövqəladə vəziyyətin müddətini bir il uzadıram" deyə o, bildirib.

Həmçinin ABŞ-ın hazırkı prezidenti qeyd edib ki, xarici ölkələr dövlətin açıq siyasi sistemindən öz məqsədləri üçün tarixən istifadə etməyə çalışıblar. Bununla belə, amerikalı lider etiraf edib ki, hökumətin seçkilərə müdaxiləsinə dair heç bir real sübutu yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31