Avropa İttifaqı Rusiyanın almaz sənayesinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır - ÖZƏL
8 Sentyabr 2023 10:55 DünyaAvropa İttifaqı Rusiya almaz sənayesinə qarşı sanksiyalar üzərində çox işləyir. Olaylar.az xəbər verir ki, bunu Hindistanın paytaxtında keçirilən mətbuat konfransında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.
"Biz həmçinin almaz sənayesinə qarşı bir sıra əvvəlki görüşlərdən sonra çox çalışırıq" deyən Mişel, bu sahədə daha çox iş görülməli olduğunu vurğulayıb.
Avropa Şurasının rəhbəri onu da vurğulayıb ki, Aİ ölkələri Rusiyaya qarşı artıq tətbiq olunan sanksiyalardan yayınmamağa çalışırlar.
Avqustun sonunda The New York Times yazıb ki, G7 və Aİ ölkələri Rusiyanın almaz sektoruna qarşı mövcud sanksiyaları genişləndirməyi planlaşdırır. Qəzetin diplomatik dairələrdəki mənbələrinin bildirdiyinə görə, onlar Rusiya almazlarının istənilən formada idxalına qadağa qoymaq niyyətindədirlər. Yəni Avropa və Şimali Amerika bazarlarına girişə təkcə xam brilyant deyil, həm də Hindistanda emal olunmuş daşlara icazə verilməyəcək.