Bədəlyan və Gevorkyan həbs edildi

Rusiyapərəst erməni bloger Mikael Bədəlyan və "Sputnik Ermənistan"ın icmalçısı Aşot Gevorkyan ötən gecə Gorus şəhərində saxlanılıblar.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, erməni mediası bu barədə məlumat yayıb.

"Onlar hazırda İstintaq Komitəsindədirlər", - bildirilib.

Onların hansı səbəbdən saxlanıldığı məlum deyil.

***

Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni bloger Mikael Bədəlyan və "Sputnik Ermənistan"ın icmalçısı Aşot Gevorkyanın həbs edilməsi barədə məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31