Rusiyanın durumu yaxşı deyil - ÖZƏL

"Soçidə Ərdoğan və Putin arasında keçirilən görüş bir daha sübut etdi ki, Rusiyanın durumu heç də yaxşı deyil".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Putinin yenidən SWIFT-ə qoşulmaq arzusu və beynəlxalq sularda üzən rus gəmilərini təhlükəsizlik qarantiyası altına alınması istəkləri belə deməyə əsas verir:

"Görünən odur ki, sanksiyalar Rusiyanın belini qırıb. Bu da o deməkdir ki, Rusiya maliyyə siyasətini həyata keçirməkdə ciddi şəkildə əziyyət çəkir və xarici sularda üzən gəmiləri təhlükəsizlik baxımından gəlir gətirə bilmir. Putinin bu istəkləri çərçivəsində irəli sürdüyü şərtlər birbaşa ABŞ-a ünvanlanan mesajdır və ardınca Ukrayna ilə hər zaman olduğu kimi, indi də atəşkəs haqqında danışıqlar prosesinə başlamağa hazır olduqlarını dilə gətirməsi onu göstərir ki, Rusiya məhz irəli sürdüyü bu iki şərti sövdələşməyə, yəni siyasi bazara çıxarmağa hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31