Hava şarı minarəyə çırpıldı - ANBAAN VİDEO
7 Sentyabr 2023 11:13 DünyaTürkiyənin Kapadokiyada şəhərində hava şarı minarəyə çırpılıb.
Olaylar.az xəbər verir ki, hadisə Nevşehirin Ürgüp rayonunda baş verib.
Rayonda havaya qalxan hava balonu küləyin təsiri ilə yaşayış məntəqələrinin yerləşdiyi əraziyə doğru istiqamət alıb.
Bahçelievler səmtindəki Memiş Aksoy məscidinin üzərindən keçərkən şarın kətanı minarənin səltənətinə dəyib.
Zərbənin təsiri ilə minarənin yuxarı hissəsi əyilib.
Qeyd olunur ki, minarəyə dəyən zərəri hava şarının aid olduğu şirkət ödəyib.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31