Bərzaninin səfəri Azərbaycanın bu regionla olan tarixi bağlarının olmasının nəticəsidir -ÖZƏL

"İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzaninin Azərbaycana baş tutan səfəri Azərbaycanın bu regionla olan tarixi bağlarının olmasının nəticəsidir. Azərbaycan Sovet İttifaqı dövründən İraq Kürdüstanı ilə həmişə dostluq münasibətlərində olub. Xalqlarımız arasında həmişə qarşılıqlı xoşgörü mühiti olub. Ümumiyyətlə isə, bu münasibətlərin kökü yüz illərlə tarixə malikdir. Nadir Şah dövründə Azərbaycan torpaqları İraq ərazilərindən başlayıb, Əfqanıstan və Hindistana kimi uzanırdı. Kərkük, Musul, Ərbil, Süleymaniyyə Azərbaycan torpaqlarının tərkibində idi. Bu böyük imperiya dünyada öz dövrünün ən güclü dövləti idi".
Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov  İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzaninin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Kürd xalqı ilə Azərbaycan türklərinin dostluğu həmin dövrlərdən bu günə kimi gəlib çıxmışdır: "Bu deyilənlər kontekstində N.Bərzaninin Azərbaycana səfəri qeyri-adi qarşılanmamalıdır. 
İrak Kürdüstanı Türkiyə ilə də yaxşı münasibətdə olub. Hesab etmək olar ki, bu səfərə Türkiyə və Azərbaycan dövlətlərinin maraqlarının çərçivəsində qiymət verilməlidir". 
Azər Qasımov deyib ki, müsəlman kürd xalqı hər zaman Türk dünyasının yanında olub: "Kommunist, erməni-pkk qarışığı dinsiz, beynəlxalq güclərin maşası, adı kürd olan terrorçu qruplar isə xalqların birliyini pozaraq on illərdir ki, hər iki xalqın əziyyət çəkməsinə, on minlərlə insanın həlak olmasına səbəb olmuşlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31