İsveç tarixində bir ilk:PKK üçün pul toplayan şəxs mühakimə olunacaq - ÖZƏL

İsveçdə terror təşkilatı PKK/YPG-yə xərac toplayan şəxsin bir neçə həftə ərzində "terroru maliyyələşdirmək, qəsb etməyə cəhd və silahlı hücum" ittihamı ilə mühakimə olunacağı bildirilib.

Dövlət radiosu SR İsveç tarixində ilk dəfə terror təşkilatı PKK/YPG üçün pul toplayan şəxsin mühakimə olunacağını bildirib. SR-yə açıqlama verən prokuror Hans İhrman, "PKK İsveçdə şantaj yolu ilə pul toplamaqda günahlandırılır. Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən daha əhatəli fəaliyyətlərin bir hissəsidir. İstintaq dərinləşdikcə dərinləşir". Şübhəlinin bir neçə həftə sonra mühakimə olunacağını bildirən İhrman, "Şantajın digər ölkələrdə olduğu kimi İsveçdə də PKK-ya pul vermək üçün köklü bir üsul olduğuna dair dəlil əldə etdik" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31