Ukrayna öz Bayraktar TB2 SİHA-nı vurdu - ÖZƏL

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Kiyevin Türkiyədən aldığı Bayraktar TB2 tipli pilotsuz uçuş aparatının vurulduğu açıqlanıb.

Bir ildən artıqdır ki, Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna öz silahlı pilotsuz təyyarəsini vurub. Ukrayna hava qüvvələrinin paytaxt Kiyev səmasında Bayraktar TB2 tipli pilotsuz uçuş aparatını vurduğu bildirilərkən, SİHA-nın Rusiyaya aid olduğu təxmin edildiyi açıqlanıb. Ukraynanın vitse-prezidenti Andriy Yermak hadisədən sonra verdiyi ilk açıqlamada SİHA-nın düşmənə aid olduğunu desə də, sonradan bu maşının Ukrayna Hərbi Hava Qüvvələrinə aid olduğu üzə çıxıb. Ukrayna ordusu SİHA-nın yerli vaxtla saat 20:00 radələrində nəzarətdən çıxdığını və həmin vaxt vurulmasına qərar verildiyini açıqlasa da, "texniki problem" olduğu da vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31