Ukrayna bir çox məsələlərdə siyasi baxımdan ciddi şəkildə dəfələrlə səhvlərə yol verib - ÖZƏL

"Baxmayaraq ki, savaş meydanında haqlı olsalar da, burda özlərini hərəkətlərindən dolayı haqsız duruma salıblar. Ukrayna bir çox məsələlərdə siyasi baxımdan ciddi şəkildə dəfələrlə səhvlərə yol verib və bu davam etməkdədir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Ankarada keçirilən Zirvə toplantısında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş vermiş insdentə münasibət bildirərkən səsləndirib. O bildirib ki, savaş meydanında olduğun qədər, siyasi masada da haqlı olduğunu ağırlığı ilə ortaya qoymalı və  və davam etməlisən:

"Öyrənəcəksən! Azərbaycan kimi. Bunu səbrlə təmkinlə başardı".

Qeyd edək ki, sözügedən tədbir zamanı Ukrayna nümayəndə heyəti ilə Rusiya nümayəndə heyəti arasında gərgin anlar yaşanıb. Hər iki ölkənin nümayəndə heyətinin üzvləri  bir-birilərinə qarşı təhqiramiz ifadələr işlədərək itələmələr və əl-qol  hərəkətləri ilə güc nümayiş ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31