Fransadan xarici körpələrə qarşı qeyri-insani rəftar - ÖZƏL

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) deportasiya ediləcək təcridxanada müxtəlif millətlərdən olan körpələrə və uşaqlara qarşı "qeyri-insani rəftara məruz qaldığı" səbəbi ilə iki iş üzrə Fransanı günahkar bilib.

Qərargahı Strasburqda olan məhkəmə iki Qvineyalı və Anqolalı ananın körpələri və uşaqları ilə birlikdə təcridxanada saxlanma şəraitinə qarşı qaldırılan iki iş üzrə hökmünü açıqlayıb. Məhkəmə, 2021-ci ildə Bas-Rhin qubernatorunun qərarı ilə İspaniyaya deportasiya edilmək üçün 9 gün saxlandıqları təcridxanada Qvineyalı bir ana və 7,5 aylıq körpəsinin qeyri-insani şəraitə məruz qaldığını müəyyən edib. Belə ki,  Avropa İnsan Haqları Konvensiyasının "qeyri-insani və ləyaqəti alçaldan rəftarı qadağan edən" 3-cü maddəsinin pozulduğuna qərar verib və Fransanı müttəhimə 19 min avro cərimə ödəməyə məcbur edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31