Paris Rusiyanın təcrid olunmasında maraqlı deyil - ÖZƏL

Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Paris Moskva ilə bütün dialoq kanallarını saxlamağı zəruri hesab edir və onun təcridini ağırlaşdırmaqda maraqlı deyil. O, bu barədə France Inter radiosunun efirində məlumat verib.

"Dialoq kanallarını saxlamaq lazımdır və biz bunu etdik. Prezidentlər payızdan bu yana danışmırlar. Biz Rusiya ilə bütün kommunikasiya kanallarını dəstəkləyirik".

O,  qeyd edib ki, səfirliklər fəaliyyətini davam etdirir, diplomatik təmaslar mövcuddur.

Moskvanın təcrid olunması Parisin maraqlarına uyğun deyil.

Həmçinin Fransanın xarici işlər naziri France Info radiosunda bildirib ki, Paris Kiyevə yeni yardım paketi hazırlayır. Siyasətçinin sözlərinə görə, Fransa Ukraynaya lazım olan bütün yardımı göndərir. O, Ukraynaya gələcək yardımın vacibliyini bir daha vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31