Ermənistanda ölüm hökmü ləğv ediləcək

Ermənistan ölüm hökmünün tam ləğvi ilə bağlı protokol imzalayacaq. 

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasına 13 saylı Protokolun ratifikasiyası ilə bağlı qərar layihəsi hökumətin iclasında təsdiq edilib.

Xatırladaq ki, 2003-cü ildə Ermənistan ağır hərbi cinayətlərə görə ölüm cəzasına icazə verən "N6" protokolu qəbul edib.

2006-cı ildə Ermənistan 13 saylı protokolu imzalasa da, sonradan onu ratifikasiya etməyib. Hazırda bu prosesin başa çatdırılması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31