"Zelenski Finlandiyada bir qədər çox qala bilər"
3 May 2023 20:10 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Finlandiyada öncədən planlaşdırılandan bir qədər çox qala bilər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Konflikt" Teleqram kanalı məlumat yayıb.
Kremlin PUA-dan istifadə edərək Vladimir Putinə sui-qəsd cəhdi ilə bağlı açıqlamalarından dərhal sonra Finlandiya televiziyası Zelenskinin Finlandiyada planlaşdırılandan bir qədər çox qalacağını bildirib.
Qeyd edək ki, Zelenskinin səfəri bir gün üçün nəzərdə tutulmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31