Kremldə partlayış səsləri - PUA-larla hücum - VIDEO
3 May 2023 16:45 DünyaUkrayna PUA-larla Kremlə hücum edib.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri PUA-lardan 2-ni məhv edib, itki yoxdur.
Kremldən verilən məlumata görə, bu, 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Rusiya Prezidentinə sui-qəsd cəhdidir: "Rusiya adekvat cavab vermək hüququna malikdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31