Qara dəniz taxıl dəhlizi üzrə danışıqlar aparılacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynalı mənbə bildirib ki, sabah bütün tərəflərin iştirakı ilə Qara dəniz taxıl dəhlizi sazişi üzrə danışıqlar aparılacaq. 

Bütün tərəflərin iştirakı ilə Qara dəniz taxıl dəhlizi sazişi üzrə danışıqların sabah keçirilməsi planlaşdırılır. Adının çəkilməsini istəməyən yüksək rütbəli Ukrayna rəsmisi Reuters agentliyinə deyib: "Danışıqlar sabaha planlaşdırılıb. Bütün tərəflərlə birlikdə ümid edirəm ki, nəticələr əldə oluna bilər".

Ötən ilin fevralında Ukraynanı işğal edən Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə keçən ilin iyulunda imzalanmış və mayın 18-də başa çatacaq taxıl sazişini, özünün taxıl və gübrə ixracına dair tələblərini yerinə yetirməyincə, uzadmayacağını bəyan edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31