Nazir öz mühafizəçisi tərəfindən öldürüldü - ÖZƏL
2 May 2023 14:08 DünyaUqandanın əmək, məşğulluq və sənaye məsələləri üzrə dövlət naziri Çarlz Okello Enqola paytaxt Kampaladakı iqamətgahında öldürülüb. "OLAYLAR" "Haber Global"a istinadən bildirir ki, Engolanın mühafizəçisi olan və ona sui-qəsd təşkil edən şəxs bir neçə dəqiqə sonra özünə də tapança ilə atəş açaraq intihar edib.
İlkin ehtimallara görə, mühafizəçi aylardır maaş almadığı, bu səbəbdən uşaqlarını məktəbə göndərə bilmədiyi və nəticədə psixi pozğunluq keçirdiyi üçün bu addımı atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31