Fransada 1 May: Yüzlərlə yaralı var

Olaylar.az xəbər verir ki, Fransada 1 May Əmək və Həmrəylik Günündə mübahisəli pensiya islahatına qarşı keçirilən ümummilli nümayişlərdə azı 200 mülki şəxs və fəalın, həmçinin 406 polis əməkdaşının yaralandığı bildirilir.

Dünən Fransanın paytaxtı Parisdə və Lill, Tuluza Lion, Nant, Renn və Marsel kimi bir çox şəhərdə pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan islahat əleyhinə kütləvi nümayişlər keçirilib. Yaralılara ilk tibbi yardım göstərən Street-Medics Rəsədxanası nümayişlərdə iştirak etməyən mülki vətəndaşlar da daxil olmaqla 30-u ağır olmaqla 200-ə yaxın adamın yaralandığını bildirib. Street-Medics Observatory, yaralıların sayının arta biləcəyini və polisin atdığı gözyaşardıcı qazdan 2000-dən çox insanın təsirləndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31