Miqrantlar gəmilərə yerləşdiriləcək - ÖZƏL

Böyük Britaniya sayı artan qeyri-qanuni miqrantların yerləşmə probleminin həlli üçün müxtəlif variantları müzakirə edir. Bunlardan biri də istifadə olunmayan gəmilərin sığınacaqlara çevrilməsidir. Britaniyanın "The Guardian" qəzeti hökumətin istifadə olunmamış 10 gəminin ayrılması üzərində işlədiyini açıqlayıb.

Bu çərçivədə ilk mərhələdə Dorset limanında nəhəng bir barjanın istifadəsi təsdiqləndi. Barjada 400 immiqrant sığınacaq. İyunun sonunda sığınacaq prosedurları birinci mərhələdə tamamlanan subay kişilər barjaya yerləşdiriləcək. Hökumət həmçinin köhnə 1800 yerlik kruiz gəmisi üçün danışıqlar aparır. 10 dəniz nəqliyyatının isə istifadəsi planlaşdırılır. İngiltərədəki otellərdə 51 minə yaxın immiqrant yaşayır. Bunun gündəlik xərci 6 milyon funt sterlinqi keçir. Bununla belə, gəmilərdə yerləşmə xərclərinin bu məbləği keçəcəyi və gündəlik 7 milyon sterlinqə çatacağı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31