Dnestryanı Moldovanın silahlanmasına təhlükəsizliyə təhdid kimi baxır - ÖZƏL
2 May 2023 12:15 Dünya"Dnestryanı hakimiyyət Moldova ordusunun silahlandırılmasını təhlükəsizliyə təhdid hesab edir və Rusiyanın köməyinə ümid bəsləyir".
Olaylar.az xəbər verir ki, bunu tanınmamış respublikanın xarici işlər naziri Vitali İqnatyev deyib.
"Dnestryanı üçün, əlbəttə ki, bu, təhlükəsizliyə təhdiddir, çünki Moldova münaqişənin tərəfidir və o, həll olunmayıb. Moldova niyə özünü silahlandırsın, kimə qarşı? Bildiyimə görə, Moldovanın yeganə münaqişəsi budur", - İqnatyev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31