715 minə yaxın türk vətəndaşı səsvermə prosesində iştirak edib - ÖZƏL
2 May 2023 11:15 DünyaMayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq xarici ölkələrdə artıq səsvermə prosesi başlayıb. "OLAYLAR" Türkiyənin Yüksək Seçki Qurumuna istinadən bildirir ki, xaricdəki seçicilərin artıq 713 min 609 nəfəri səsvermə prosesində iştirak edib.
Xaricdəki türk vətənsaşların 660 min 732-si səfirlik və diplomatik nümayəndəliklərdə, 52 min 877 nəfəri isə gömrük keçid məntəqələrində səs verib.
Gömrük məntəqələrində səsvermə mayın 14-ü saat 17.00-da başa çatdığı halda, xaricdəki nümayəndəliklərdə isə səsverməyə mayın 9-da yekun vurulacaq.
Qeyd edək ki, Türkiyədən xaricdə 3 milyon 416 min 98 seçici var. Xaricdə ilk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31