BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda işini bərpa edib

BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda öz işini bərpa edir, ərzaq paylanılması yaxın vaxtlarda yenidən başlayacaq.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik deyib.

Qeyd edək ki, aprelin 15-də Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda silahlı toqquşmada həlak olub. Qurum aprelin 16-da ölkədə işlərin dayandırıldığını elan edib. Sudanda münaqişə tərəflərindən heç biri hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31