Ukrayna ilə ABŞ arasında kritik TELEFON DANIŞIĞI

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə telefon danışığı aparıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Zalujnı Teleqram kanalında bildirib.

Tərəflər Ukraynaya sursat və texnikanın tədarükü məsələsini müzakirə ediblər.

Zalujnı bildirib ki, Milli ilə söhbətində Ukraynanın şəxsi heyəti ilə təmin olunması və kifayət qədər miqdarda silah, hərbi texnika və sursatların vaxtında çatdırılmasının vacibliyi mövzusuna toxunub.

O, Milliyə cəbhənin bütün mövqelərindəki vəziyyət barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31