"Onu ucuz pilotsuz təyyarələrə və ya raketlərə xərcləmək istəmərik"

Raket çatışmazlığı fonunda Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmən mərmilərini vurmaq cəhdlərini dayandıra bilər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Kral Müdafiə Araşdırma İnstitutunun britaniyalı analitiki Maykl Klark bildirib.

Klark qeyd edib ki, Ukrayna hərbçiləri əks-hücumdan əvvəl ehtiyatlarını qorumaq üçün raketlərin istifadəsində daha təmkinli olacaqlar.

O, həmçinin bildirib ki, Ukraynanın aldığı "Patriot"ların bir batareyası (altı raket və onların buraxılması üçün bir maşın) 1 milyard dollar dəyərindədir, ona görə də Ukrayna ordusu çətin ki, onu ucuz pilotsuz təyyarələrə və ya raketlərə xərcləmək istəsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31