Mayın 1-i Fransada pensiya islahatı etirazı ilə başlayıb - ÖZƏL

Fransada 1 May Əmək və Həmrəylik Günündə pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan islahata qarşı çıxanlar ölkə daxilində nümayişlər keçirir.

Fransanın böyük həmkarlar ittifaqlarının çağırışı ilə paytaxt Paris, Strasburq, Marsel, Tuluza, Vannes, Rouen və Renn kimi bir çox şəhərlərdə islahat əleyhinə 13-cü kütləvi etiraz aksiyaları başladı. Ölkə daxilində 1 milyondan çox insanın iştirakı gözlənilən nümayişlərdə təhlükəsizliyi təmin etmək üçün 5 mini Parisdə olmaqla, 12 min polis vəzifə yerinə yetirəcək. Paris və ətrafında ictimai nəqliyyatdan məsul qurum olan RATP nümayişlərə görə bir çox qatar və metro stansiyalarını bağlayıb. Bundan əlavə, tətil və nümayişlər səbəbindən hava nəqliyyatında 25-33% fasilə olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31