Sudandakı siyasi qeyri-sabitlik təhsil sisteminə zərbə vurur - ÖZƏL

Son 5 ildə yaşanan inqilab prosesi, çevrilişlər və siyasi böhran, xüsusilə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-də Sudanda başlayan qarşıdurmalar ölkəni hər keçən gün xaosa sürükləyir. Əsas da təhsil sistemi bu prosesdən çox əziyyət çəkir. "HDK-nın orduda tam iştirakını" nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilib. Ordu ilə HDK arasında aprelin 15-də başlayan qarşıdurmalarda dünənə qədər ölənlərin sayı 500-ü keçib, 5 minə yaxın insan isə yaralanıb. Siyasi və iqtisadi qeyri-sabitliyin davam etdiyi ölkədə başlayan təhlükəsizlik problemləri səbəbindən bir çox ölkə vətəndaşlarını təxliyə edir. 50-dən çox ölkə Sudandan evakuasiyasını başa çatdırıb, digər ölkələrin təxliyəsi isə davam edir. Ölkəni tərk edənlər arasında dünyanın müxtəlif ölkələrindən minlərlə əcnəbi tələbə var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31