Türkiyədəki seçkilərlə bağlı İsveçdə səsvermə başladı - ÖZƏL

Mayın 14-də Türkiyədə keçiriləcək prezident vı parlament seçkiləri ilə əlaqədar olaraq İsveçdə səsvermə prosesi başlayıb. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, seçicilər paytaxt Stokholm şəhərindəki Stokholm Alvsjö sərgi ərazisində səs verəcəklər. 

Qeydiyyatdan keçmiş 42 min 800 seçici mayın 7-dək Stokholm sərgisi ərazisində səs verə biləcək.

Seçkilər ikinci tura keçərsə, vətəndaşlar mayın 20-24-də yenidən seçkiyə gedəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31