Aİ ölkələrində elektrik və qaz qiymətləri rekorda imza atıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ötən ilin ikinci yarısında Avropa İttifaqı ölkələrində yaşayış evlərində 100 kilovat-saat elektrik enerjisinə görə ödənilən orta məbləğ 28,4 avro ilə rekord qırıb. Avropa Statistika İdarəsi Avropa İttifaqına (Aİ) üzv ölkələrdə 2022-ci ilin ikinci yarısında yaşayış evlərində istehlak edilən elektrik enerjisi və təbii qaz qiymətləri ilə bağlı məlumatları dərc edib. Müvafiq olaraq, Aİ ölkələrində 2021-ci ilin ikinci yarısında 100 kilovat-saat elektrik enerjisinə görə 23,5 avro ödənildiyi halda, 2022-ci ilin ikinci yarısında bu rəqəm 28,4 avroya çatıb. Aİ-yə üzv ölkələr arasında ən ucuz elektrik enerjisi Macarıstanda satılıb. Macarıstanda 100 kilovat-saat elektrik enerjisinə görə 10,8 avro ödənilib, ikinci yerdə 11,5 avro ilə Bolqarıstan, 12,8 avro ilə Malta, 13,5 avro ilə Hollandiya gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31