Aİ əcnəbilərin sərbəst hərəkətini asanlaşdırmağa hazırlaşır- ÖZƏL

Olaylar.az xəbər verir ki,Avropa İttifaqı əcnəbilərin sərbəst hərəkətini asanlaşdırmağa hazırlaşır. Avropa İttifaqına daxil olmayan vətəndaşlar üçün uzunmüddətli kart almaq üçün tələblər yüngülləşdirilə bilər. Avropa Parlamenti (AP) Avropa İttifaqına (Aİ) üzv olmayan ölkədən işləmək üçün gələn əcnəbilər üçün uzunmüddətli yaşayış statusu almaq üçün tələb olunan müddəti 5 ildən 3 ilə endirməyi hədəflədiyini açıqlayıb. Euronews Türk telekanalının verdiyi xəbərə görə, birliyə üzv olan bütün hökumətlərin təsdiqini tələb edən bu qanunvericiliyin 2024-cü ilin fevralına qədər, yəni növbəti Avropa Parlamenti seçkilərinə qədər qəbul edilməsi planlaşdırılır. Bununla belə, xüsusilə immiqrasiya probleminə görə siyasi qruplar arasında müzakirələr hökumətlərin prosesi ləngitməsi ilə nəticələnə bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31