İran məhkəməsi ABŞ-a 313 milyon dollar təzminat cəzası verib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İran məhkəməsi ABŞ hökumətini və bəzi adları, o cümlədən keçmiş prezidentlər Corc Buş və Barak Obamanı DEAŞ terror təşkilatının 2017-ci ildə Tehranda törətdiyi hücumlara görə təqribən 313 milyon dollar təzminat ödəməyə məhkum edib. İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin verdiyi məlumata görə, qərar terror təşkilatı DEAŞ-ın həyata keçirdiyi hücumlarda həyatını itirənlərin ailələrinin ABŞ hökuməti və rəsmilərinə qarşı Tehran Mülki Məhkəməsində açdığı iddiada açıqlanıb.Onlar, terror qruplarının, o cümlədən terror qruplarının təşkili və idarə olunmasında fundamental rola malik olmaqda ittiham edilib. Məhkəmə ABŞ hökumətinə və bu ölkənin qurum və rəsmilərinə 9 milyon 950 min dollar maddi, 104 milyon dollar mənəvi və 199 milyon dollar cəza təzminatına məhkum edib.2017-ci il iyunun 7-də İranda inqilab lideri Ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31