Kiyevin hərəkətləri qitənin nüvə təhlükəsizliyini təhdid edir - ÖZƏL
26 Aprel 2023 13:03 Dünya"Kiyev rejiminin nüvə obyektlərini məhv edən qeyri-qanuni hərəkətləri qitənin nüvə təhlükəsizliyini təhdid edir".
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib.
"Bu gün Kiyev rejiminin qeyri-qanuni fəaliyyəti yenidən qitəmizin nüvə təhlükəsizliyini təhdid edir. Kiyev rejimi Ukraynadakı atom elektrik stansiyalarının təhlükəsiz və etibarlı fəaliyyətini təhdid edən və nüvə stansiyalarının təhlükəsini əhəmiyyətli dərəcədə artıran nəticələri düşünmədən nüvə obyektlərini məhv edir" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31