Rusiya Sudana ölkədəki böhranın həllində kömək etməyə hazırdır — ÖZƏL
26 Aprel 2023 11:23 Dünya"Rusiya Sudana mövcud çətinliklərin öhdəsindən gəlmək və sülhün bərqərar olması üçün hər an kömək etməyə hazırdır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva bildirib.
"Biz Rusiya Federasiyasının dost Sudan xalqına hazırkı çətinlikləri uğurla dəf etmək, sülh və davamlı inkişaf yoluna qayıtmaq üçün hər zaman yardım etməyə hazır olduğunu bir daha təsdiqləmək istərdik", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31