"Taxıl sazişi ətrafında vəziyyət dalana dirənib"
25 Aprel 2023 23:42 DünyaRusiya Federasiyası BMT baş katibinin taxıl müqaviləsi ilə bağlı səylərini görür, lakin kənd təsərrüfatı məhsullarının ixracı məsələsində nəticə yoxdur.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində Nyu-Yorka səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracında praktiki olaraq heç bir nəticə yoxdur: "Taxıl sövdələşməsi ətrafında vəziyyət dalana dirənib", deyə Lavrov vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31