"Survivor"un iştirakçıları zəlzələni belə öyrəndi - Gözyaşları sel oldu - VİDEO

Məşhur "Survivor Türkiyə" yarışmasının iştirakçıları ölkələrində baş verən zəlzələni öyrəniblər.

Hərə canını bir cür xilas etdi - VİDEO

Olaylar.az Metbuat.az-a istinadən xəbər verir ki, xəbəri iştirakçılara Acun Ilıcalı çatdırıb.

O qeyd edib ki, hazırda baş verən hadisələr səbəbindən çəkilişlər dayandırılıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 7 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31