Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı - VİDEO

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan İstanbul Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları vəzifələrini tamamladıqdan sonra geri yola düşüblər. Ancaq onları təyyarədə sürpriz gözləyib.

Hatayda zəlzələnin vurduğu ziyan “Bayraktar”la görüntüləndi - VİDEO

Olaylar.az xəbər verir ki, uçuşdan əvvəl pilot onların qarşısına çıxıb və "Sizin qarşınıza dünyanı da sərsələr, haqqınızı əsla verə bilmərik", - deyə minnətdarlıq edib.

Pilotun sözləri xilasedicilər tərəfindən alqışlarla qarşılanıb.

İstanbul meri Əkrəm İmamoğlunun özünün sosial şəbəkə hesabından paylaşdığı kadrlar istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb və internetdə geniş yayılıb. 

publika

 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31