İskəndərun konteyner limanında yanğın nəzarət altına alındı- ÖZƏL
8 Fevral 2023 14:30 DünyaOlaylar.az xəbər verir ki, İskəndərun konteyner limanında baş verən yanğın lokallaşdırılıb.
"İskəndərun limanında baş verən yanğın nəzarət altına alınıb, mütəxəssislərimiz yanğını tam söndürmək üçün səylərini davam etdirir", -deyə İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu bildirib. Onun sözlərinə görə, həm Türkiyə yanğınsöndürənləri, həm də digər mütəxəssislər, o cümlədən Türkiyənin Müdafiə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin aviasiya qüvvələri yanğınla mübarizəni davam etdirir. Səmada helikopterlər və yanğınsöndürən təyyarələr işləyir.
Limanda yanğın fevralın 6-da axşam saatlarında təkcə Türkiyədə 7 mindən çox insanın ölümünə səbəb olan zəlzələ zamanı aşmış yük konteynerlərində baş verib. Demək olar ki, bir sutka ərzində həddindən artıq yanğın səbəbindən yanğını söndürməyə başlamaq mümkün olmayıb.