Türkiyədə unikal zəlzələ əlavə araşdırma tələb edir - ÖZƏL
8 Fevral 2023 14:19 Dünya"Türkiyədə baş verən və yüzlərlə təkanla müşayiət olunan zəlzələ unikal hadisədir və seysmoloqlar tərəfindən uzun müddət araşdırılacaq".
Olaylar.az xəbər verir ki, bunu tanınmış rusiyalı alim bildirib.
"Hazırda Türkiyədə baş verən hadisələr misilsizdir. Zəlzələ 7,8 bal gücündə böyük olduğuna görə unikaldır. Bu cür seysmik hadisələr bütün yer kürəsində nadirdir və bu, ən güclü zəlzələlərdən biri idi", - Krım Federal Universitetinin Seysmologiya və Geodinamika İnstitutunun direktoru Yuri Volfman bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31