Professor zəlzələ ilə bağlı paylaşım etdi- Sorğuya çağırıldı-ÖZƏL
8 Fevral 2023 13:53 DünyaOlaylar.az xəbər verir ki, Türkiyənin Bilecik Şeyh Edebali Universiteti Fən Fakültəsi Fizika Fundamental elm sahəsi müəllimi prof. Dr. Ali İhsan Göker Kahramanmaraşda yerləşən 10 şəhərdə dağıntılara səbəb olan 2 böyük zəlzələdən sonra sosial media hesabında paylaşım edib. Onun paylaşımı sosial medianı çalxalayıb. Paylaşımında "Zəlzələ və ya binalar öldürmür, Allah öldürür. O da əcəli gələni. Zəlzələdə ölənlər eyni vaxtda Marsda olsalar belə, yenə də öləcəkdilər. "Ölüm məkandan deyil, zamandan asılıdır" ifadələrini işlədib.
İrticaçı yazıların ardından Biləcik Şeyh Edebali Universiteti Prof. Dr. Gökerə qarşı inzibati araşdırma başlanıldığı açıqlanıb. Universitetdən edilən şərhdə, Fen Fakültəsi Müəllim Prof. Üzv Dr. Əli İhsan Gökerin sosial şəbəkədə verdiyi açıqlamalara görə barəsində inzibati istintaq başladıldığı bildirilib. Araşdırma nəticəsində veriləcək qərar ictimaiyyətlə paylaşılacaq.