Rusiya qoşunları Hələbdə zəlzələdən zərərçəkənlərə 24 saat yardım göstərir - ÖZƏL

"Rusiya hərbçiləri güclü zəlzələdən zərər çəkmiş Suriyanın Hələb əyalətində əhaliyə gecə-gündüz humanitar yardım edir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
"Rusiya Suriya üzrə Barışıq Mərkəzinin hərbçiləri zəlzələdən zərər çəkmiş Hələb əyalətinin sakinlərinə humanitar yardım edir", - deyə Rusiyanın yüksək səviyyəli nümayəndəsi bildirib. 

Nazirlikdən verilən məlumata görə, ərzaq və zəruri əşyalar, o cümlədən yataq dəstləri humanitar yardımın paylanması məntəqələrində verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31