Yunanıstanda Charlie Hebdo-ya cavab karikaturası: Hamımız türkük - ÖZƏL

Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələdən sonra Fransanın "Charlie Hebdo" jurnalının paylaşdığı qalmaqallı karikaturaya Yunan mediasından bir illüstrator "Hamımız türkük" karikaturası ilə cavab verib.

Olaylar.az xəbər verir ki, satira adı altında dünyaya nifrət yayan "Charlie Hebdo" ötən gün Türkiyədə baş verən zəlzələni hədəfə alıb.

Charlie Hebdo-nun qalmaqallı zəlzələ karikaturasına həm Türkiyədən, həm də dünyadan sosial media istifadəçiləri reaksiya verib.

Yunanıstanda çıxan Kathimerini qəzetində Dimitris Handzopulosun çəkdiyi karikatura fransız Charlie Hebdo-ya cavab olub.

Rəsmdə "Hamımız türkük" yazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31