Almaniyadakı türklər səfərbər oldu- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyadakı türklər zəlzələdən zərər çəkənlərin yaralarını sarmaq üçün səfərbər oldu.

Ölkədə yaşayan türklər müxtəlif şəhərlərdə qurduqları yardım toplama mərkəzlərində Afet və Fövqəladə Hallar İdarəsi (AFAD) ilə koordinasiyalı olaraq təcili ehtiyac siyahısına uyğun olaraq hazırladıqları bağlamaları yük maşınları ilə Türkiyəyə göndərməyə başlayıblar. 

Kölndə fəaliyyət göstərən Hello & Mahlzeit Yardım Dərnəyinin prezidenti Tolga Özgül, qısa müddətdə 3 anbar materialı topladıqlarını və onları müntəzəm olaraq yardım bölgələrinə göndərməyə başladıqlarını bildirdi. Özgül, "Bu gün 200-ə yaxın adam gələrək, xüsusilə uşaq bezləri, uşaq qidaları, gigiyena materialları və ədyal kimi əşyalar bağışladı. Kim olmasından asılı olmayaraq, türk, alman və ya italyan, insanlar inanılmaz ianə edirlər. Bir italyan oğlan gəlib dedi ki, 5 avrom var, ianə vermək istəyirəm. Hər kəs zəlzələdən zərər çəkənlər üçün əlindən gələni edir"bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31